|
|
|
|

Ukrayna prezidenti Vladimir Zelenski yenidən ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin 90 gün uzadılmasə barədə qərar qəbul edib.
525.az xəbər verir ki, hərbi vəziyyət və ümumi səfərbərliklə bağlı dövlət başçısının imzaladığı əvvəlki qanunun müddəti avqustun 11-də bitirdi. Bu barədə mayın 9-da, Zelenskinin prezident səlahiyyətlərinin müddətinin bitməsinə 20 gün qalmış qərar qüvvəyə minmişdi.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu səbəbindən 24 fevral 2022-ci il tarixindən ölkədə hərbi vəziyyət rejimi tətbiq edilib. Bundan bir gün sonra isə V.Zelenski Ukrayna ərazisində ümumi səfərbərlik haqqında fərman imzalayıb. Həmin vaxtdan etibarən hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 90 gündən bir artırılır.
İbrahim Cəfərov



