|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, görüş Prezident İqamətgahında baş tutub. Tərəflər Yaxın Şərqdəki mövcud durum barədə danışıblar.
Onlar həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.



