|
|
|
|

“Qərb Kiyev və Moskvanın danışıqlar masasına əyləşməsində israr etməlidir”.
525.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis yerli mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, hər iki tərəf danışıqlar masasına oturmayana qədər Rusiya və Ukrayna arasında sülh olmayacaq.
“Ukrayna diplomatiyaya fundamental hazırlığını nümayiş etdirməyincə, münaqişədən diplomatik çıxış yolu olmayacaq”, - deyən XİN rəhbəri sülhün bərqərar olmasını real hesab edir. Bunun ilkin şərtini isə münaqişə tərəfləri arasında silah çatışmazlığında görür.
İqnazio Kassisin sözlərinə görə, son günlər tərəflər döyüş meydanında yalnız elə durum yaratmağa çalışırlar ki, istənilən danışıqlarda özlərini daha yaxşı başlanğıc mövqeyi ilə təmin etsinlər.
Nazir düşünür ki, Bern hələ də Rusiya və Ukrayna arasında danışıqlarda effektiv vasitəçi kimi çıxış edə bilər. O, Bürgenstok konfransını sülhə doğru atılan ara addım adlandırıb.
Moskvanın artıq İsveçrəni bitərəf hesab etməməsi ilə bağlı suala gəlincə, Kassis deyib ki, bu cür bəyanatlar sadəcə olaraq hərbi ritorikadır. O vurğulayıb ki, diplomatik dairələrdə rusiyalı həmkarı ilə yaxşı şəxsi münasibətləri olduğunu təsdiq edəcəklər. Xİn rəhbəri əmindir ki, Sergey Lavrov onu Qərbdə etibarlı danışıq tərəfdaşı kimi görür və Bern əvvəlki tək hamı ilə danışmaqdan qorxmağa ehtiyac duymur.
Pərvanə Sultanova



