|
|
|
|

“Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində alman tanklarından istifadə edə bilər”.
525.az xəbər verir ki, bu barədə Azad Demokratlar Partiyasının parlament fraksiyasının üzvü, Bundestaqın müdafiə komitəsinin sədri Markus Faber deyib.
“Silahların Ukraynaya verilməsi o deməkdir ki, Kiyev onları istədiyi kimi istifadə etmək hüququna malikdir. Bu, alman “Leopard 2” tankları da daxil olmaqla istənilən avadanlıqlara aiddir”, - deputat söyləyib.
Onun sözlərinə görə, həm Ukrayna, həm də Rusiyanın əraziləri döyüş zonasıdır, ona görə də Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində Qərb hərbi texnikasından istifadə etməsi beynəlxalq hüququn müddəalarına uyğundur.
Pərvanə Sultanova



