
Livanın cənubunda İsrail ordusunun əsgəri Eytan İzak Oster quru əməliyyatı zamanı həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünü İsrail Müdafiə Qüvvələri (ÇAXAL) nümayəndələri rəsmən təsdiqləyiblər.
Qeyd olunur ki, Osterin 22 yaşı olub, o, “Eqoz” bölməsində komando dəstəsinin komandiri idi. Ölümündən sonra kapitan rütbəsinə layiq görülüb.
Pərvanə Sultanova



