|
|
|
|
Ukrayna prezidenti Vladimir Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimi zamanı amerikalı həmkarı Donald Trampla görüşməyə hazır olduğunu bildirib.
525.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Dünən Donald Tramp da Papanın dəfn mərasimində iştirak etmək niyyətində olduğunu bəyan edib.
Ukrayna lideri onu da əlavə edib ki, atəşkəsdən sonra Rusiya ilə istənilən formatda danışıqlara hazır olacaq.
Xatırladaq ki, daha əvvəl Vladimir Zelenski Pasxa bayramından sonra atəşkəsin uzadılmasını təklif edib. O bəyan edib ki, Ukrayna atəşkəs rejimini hərtərəfli etmək istəyir.
İbrahim Cəfərov