|
|
|
|

Latviya, Litva və Estoniya Rusiya və Belarusla sərhədləri boyunca müdafiə xəttinin yaradılması və tank əleyhinə minaların alınmasına 1.2 milyard avro vəsait sərf edəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-dakı mənbə açıqlayıb.
Bu məbləğin 800 milyon avrosu yalnız minaların əldə olunmasına xərclənəcək. Həmin yeraltı partlayıcı qurğular 70 kilometrlik sərhəd xətti boyunca yerləşdiriləcək.



