|
|
|
|

ABŞ Prezidenti Donald Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları Tehrana qarşı siyasi motivli və düşməncəsinə bir addımdır.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə bildirib.
"İstənilən düşünülməmiş addım qanuni olmayacaq və coğrafiyaya təsir göstərməyəcək, yalnız İranda, ABŞ-də və bütün dünyada iranlıların, əhalinin bütün təbəqələrinin və müxtəlif siyasi əqidə sahiblərinin ciddi narazılığına səbəb olacaq", - o qeyd edib.
Daha əvvəl AP agentliyi adı açıqlanmayan amerikalı rəsmilərə istinadən bildirmişdi ki, D.Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-nin Fars körfəzini Ərəb körfəzi adlandıracağını elan etmək niyyətindədir.



