Avropa İttifaqı və Türkiyə Fransada törədilmiş terror aktlarından sonra terrorla mübarizə sahəsində dialoqun aktivləşdirilməsinə dair razılığa gəliblər.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşündən sonra mətbuat konfransında bildirb.
“Parisdə bu günlərdə törədilən qətllər fonunda biz terrorla mübarizə sahəsində dialoqumuzu daha aktiv etməliyik”, deyə o bildirərək İŞİD terror qruplaşmasından gələn təhlükənin artdığını qeyd edib.