Ötən il Azərbaycanla daha iki ölkə arasında ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalanıb.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, 2014-cü ildə Azərbaycan Müdafiə Nazirliyi ilə Serbiya və Xorvatiya müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlığa dair sazişlər imzalanıb. Bununla Azərbaycan Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq sazişi və memorandumu imzaladığı ölkələrin sayı 34-ə çatıb: "Hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir".
Azərbaycan həmçinin ərəb, Yaxın Şərq və Şərq ölkələri ilə hərbi əlaqələrin normativ-hüquqi bazasının yaradılması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlər aparır.