|
|
|
|

“Yeni iqtisadi reallıqda dövlətin rolu üç əsas istiqamətdə genişlənməkdədir”.
Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. Onun dediyinə görə, strateji sektorların qorunması və inkişafı. Bu əsas məsələlərdən biridir: “
Energetika, loqistika, kənd təsərrüfatı, müdafiə sənayesi və rəqəmsal infrastruktur kimi sahələr artıq sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Dövlət burada uzunmüddətli investisiya təmin etməsə, yerli istehsalı stimullaşdırmasa, kritik texnologiyaların transferini təşviq etməsə, infrastruktura böyük investisiyalar qoymasa iqtisadi artıma nail olmaq qeyri mümkündür. Sənaye siyasətinin geri dönüşü. ABŞ, Avropa İttifaqı və Çin kimi böyük iqtisadiyyatlar açıq şəkildə ənənəvi sənaye siyasətinə qayıdıblar. Yarımkeçiricilər, süni intellekt, yaşıl enerji kimi sahələrdə dövlət subsidiyaları və təşviqlər artıq normaya çevrilib. Bu, klassik bazar yanaşmasının (bazar özü tənzimləyər) əvəz olunduğunu göstərir. Koordinasiya və risklərin idarə olunması. Qlobal şoklar fonunda dövlət iqtisadi sistemin artıq son təminatçısı rolunu oynamaqdadır - maliyyə sabitliyini qoruyur, sosial riskləri amortizasiya edir və təchizat zəncirlərinin davamlılığını təmin edir. Yəni, dövlət bu funksiyaları yerinə yetirməzsə, bütün iqtisadi system çökə bilər”.
Sevinc Qarayeva



