|
|
|
|

ABŞ-nin dəniz blokadası fonunda İran silahlı qüvvələri bir İran tankerinin ölkənin ərazi sularına keçməsinə kömək edib.
525.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin bəyanatında deyilir.
"İran Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə bir İran tankeri dünən gecə Ərəbistan dənizindən keçərək İranın ərazi sularına daxil olub", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin təhdid və xəbərdarlıqlarına baxmayaraq, tanker ölkənin cənubundakı bir limanda lövbər salmağı bacarıb.
Pərvanə Sultanova



