Təhsil naziri Mikayıl Cabbarov Masallıda vətəndaşları qəbul edəcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul martın 10-da saat 11.00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
M. Cabbarov Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşlarla görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçməlidirlər.