|
|
|
|
Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək.
Bunu “APA-Economics”ə Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.
M. Abdullayevin sözlərinə görə, gücləndirilmiş iş rejiminə mart ayının 16-da keçiləcək və 28 mart tarixinə kimi davam edəcək.
“Sərnişin sıxlığı müşahidə olunacağı günlərdə xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq”, - deyə M. Abdullayev bildirib.
Qurum rəsmisinin sözlərinə görə, adi günlərdə Bakı Beynəlxalq Avtovağzalından 7 500 - 9 000 sərnişin yola salınırdısa, bayram ərəfəsində 600-dən artıq nəqliyyat vasitəsinin yola salınması və 15 000-ə qədər sərnişin daşınması nəzərdə tutulur.