Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır.
Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək.