Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan edib.
Bu barədə 525.az-a Komitədən məlumat verilib.
Müsabiqənin mövzusu "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" adlanır. Müsabiqədə yaşı 35-dək olan qadın jurnalistlər iştirak edə bilərlər.
Yazı müsabiqəsinin şərtləri və əlavə məlumatlar aprelin 17-si saat 12-də BMM-ə keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Maraqlanan media nümayəndələri tədbirdə iştirak edə bilər.