Hollandiya 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək.
Gün.az DHA-ya istinadən xəbər verir ki, Avropa Olimpiya Komitəsinin (AOK) İdarə Heyətinin Türkiyənin Antalya şəhərində keçirilən 36-cı iclasında Avropanın 50 ölkəsinin nümayəndəsi qatılıb.
Toplantıda AOK-un prezidenti Patrik Hikki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) baş katibi Qunilla Lindberq və Milli Olimpiya Komiktələrinin rəsmiləri iştirak ediblər.
İclasda keçirilən səsvermədə 2-ci Avropa Oyunlarının keçiriləcəyi məkan Hollandiya seçilib.
Qeyd edək ki, 1-ci Avropa Oyunları 12-28 iyun tarixlərində Bakıda keçiriləcək.