Efiopiyanın paytaxtı Əddis-Əbəbənin məşhur EBC FM 104.7 radio kanalında "Bakı 2015" I Avropa Oyunları müzakirə olunub.
Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir Elman Abdullayev ingilis dilində yayımlanan verilişində "Bakı 2015"in hazırlığına, iştirakçı idmançılar, ölkəmizə səfər edəcək azarkeşlər, Azərbaycanın müasir idman kompleksləri barədə məlumat verib.
Səfir həmçinin Azərbaycan mədəniyyəti, tarixi və ölkəmizin dünyada tanındığı multikultural ənənələr barədə sualları da cavablandırıb.
Verilişdə söhbət fasilələri zamanı Azərbaycan musiqiləri də səsləndirilib.