Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayacaq.
Yeni sosial şəbəkə səyahət zamanı yeni yol yoldaşı tapmaq imkanı verəcək. "Marja" xəbər verir ki, sosial şəbəkə beynəlxalq olacaq. Belə ki, şəbəkənin əsas funksiyası səyahət və turizm təşkil edir.
“Hipassenger” adlanan yeni sosial şəbəkəsi vasitəsilə səyahət həvəskarları və ya hər kəs sadəcə səyahət edən zaman yeni yol yoldaşı tapmaq imkanı verəcək. Bunun üçün yalnız “Hipassenger” proqramını yükləmək və planlaşdırdığınız səfərin tarixini qeyd etmək lazımdır.
"Sadəcə gedəcəyiniz tarixi və yeri paylaşmaqla sizinlə eyni vaxtda eyni yerə səyahət edən insanlarla əlaqə qura biləcəksiniz.
Facebook-da dostlarınızla səyahət məlumatlarınızı bölüşməklə yanaşı şəxsi mesaj göndərə və səyahət başlamamış yeni tanışlar qazana bilərsiniz. “Hipassenger” proqramını yaratmaqda məqsədimiz təyyarə, avtobus, qatar və gəmi səfərlərində sizə sizinlə eyni yerə səyahət insanları tanımaq imkanı verməkdir".
“Hipassenger” vasitəsilə insanlar səyahət zamanı səyahət edən insanları tapıb əlaqə yarada və maraqlı olan istənilən şəxsin profilinə baxa və söhbətə başlaya bilərlər. Bundan başqa Facebook hesabı ilə qeydiyyatdan keçə və facebook dostları ilə səyahət məlumatları paylaşa bilərlər. Sosial şəbəkənin həmçinin istədiyi istifadəçiləri seçib blok siyahısına salmaq funksiyası da var.
Sosial şəbəkə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə reallaşıb.
Modern.az