Aktyor Cem Yılmaz rejissor Yüksel Aksunun yeni filmində epizodik rol alıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Ali baba və 7 cüceler" filminin çəkilişlərini tamamlayan Yılmaz gələn il təqdim olunacaq "İftarlık Gazoz" layihəsində də yer alıb.
Çəkilişləri Muğlada baş tutan filmin məscid səhnəsi C.Yılmaz sevənlərin marağına səbəb olub. Sosial şəbəkədə aktyorun filmdən fotoları yayılıb.