2001-ci il noyabrın 19-dan etibarən Dünya Tualet günü qeyd edilir.
Lent.az-ın məlumatıına görə, Ümumdünya Tualet Günü dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə keçirilir.
Qeyd edək ki, Ümumdünya Tualet günü dünyanın 19 ölkəsində qeyd olunur.
BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir.
Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.