ABŞ-ın Texas ştatında bomba hazırlamaq barədə ədalətsiz ittihama məruz qalan məktəbli Əhməd Məhəmməd ona vurulan mənəvi zərərə görə 15 milyon dollar təzminat tələb edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Əhməd Məhəmmədin məktəbə gətirdiyi əldəqayırma saat dərs zamanı qəflətən zəng çalmağa başlayıb. Müəllimə onun bomba olduğunu zənn edərək polisə xəbər verib.
Nəticədə məktəbli həbs olunsa da, sonradan azad edilib.
Yeniyetmənin ailəsi bu insidentdən sonra onun ağır psixoloji sarsıntı keçirdiyini iddia edir.