"Report" AFP-yə istinadən xəbər verir ki, bu ada Almaniya kansleri Angela Merkel layiq görülüb.
Daha öncə açıqlanan namizədlərin "qısaldılmış siyahısı"nda 8 nəfərin adı var idi. Onlar arasında Rusiya prezidenti Vladimir Putin, Ağ evin sahibi uğrunda seçkilərdə iştirak edən amerikalı milyarder Donald Tramp, eləcə də İran prezidenti Həsən Ruhani yer almışdı.