|
|
|
|
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mədəniyyət sahəsində ixtisaslaşmış jurnalistlər üçün "Mədəniyyətimizin təbliğində informasiya amili" mövzusunda seminar keçirilib.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev rəhbərlik etdiyi qurumun son aylarda gördüyü işlərdən söz açıb:
"Son aylarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz bir sıra fərqli və maraqlı layihələrə imza atıb, gənclərin mədəni proseslərə cəlb olunması, mədəniyyət ocaqlarının daha yaxından tanınması üçün mühüm işlər görüb. Müasir informasiya dövründə mədəniyyətimizin təbliğində media mühüm rolu oynayır".
Seminar tədbirə qatılmış media mənsublarının müzakirələri ilə davam etdirilib. Çıxışlarda mərkəzlə əməkdaşlıq əsas müzakirə mövzusu olub.
Sonda mərkəz tərəfindən keçirilən tədbirlərin işıqlandırılmasında, mədəniyyətimizin təbliğatı istiqamətində görülən işlər haqqında geniş ictimaiyyətin informasiya ilə təmin edilməsində göstərdiyi dəstəyə görə bir sıra TV-lərə, informasiya orqanlarına, qəzet redaksiyalarına və saytlara fəxri diplomlar təqdim olunub.
S.ABDULLAYEVA