Azərbaycan prezidenti İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi fərman imzalayıb.
APA-nın məlumatına görə, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli fərmanın 1-ci hissəsinin birinci-üçüncü bəndləri isə aşağıdakı redaksiyada verilib:
I qrup əlillərə – 165 manat II qrup əlillərə – 143 manat III qrup əlillərə – 110 manat.
Həmçinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli fərmanda dəyişiklik edilməsi barədə” prezidentin 2014-cü il 17 mart tarixli fərmanının 1-ci hissəsi ləğv edilib.