Yaponiyanın “Sony” korporasiyası əşyaların interneti üçün yarımkeçirici istehsalı ilə məşğul olan İsrailin “Altair Semiconductor” şirkətini əldə edib.
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, “Sony” nümayəndələri qeyd edib ki, 4G-çipset adlanan cihazlar özündə ölçü və rabitə funksiyalarını birləşdirə bilən cihazların istehsalına kömək edəcək. Razılaşmanın dəyəri 212 milyon dollar təşkil edir.
Qeyd olunur ki, son zamanlar Yaponiya şirkəti daha çox əşyaların interneti tərtibatlarına müraciət edir. Xüsusilə də “ağıllı ev” üçün olan cihazlara. Belə ki, 2015-ci ildə “Sony” səsgücləndirici-lampa cihazı üzərində işləməyə başlayıb. Bu cihaz özündə işıq diodu ilə “Bluetooth” dinamiki birləşdirir.
Daha əvvəl isə korporasiyasının tərtibatçıları “Qrio Smart Lock” adlanan elektron kilidlərin istehsalına başlayıblar. Belə ki, bu elektron kilid giriş qapısını mobil telefondan daxil olan xüsusi siqnal vasitəsilə aşmaq və bağlamaq imkanına malikdir.