Təhsil Problemləri İnstitutunda(TPİ) "Pedaqoji kadrların peşəkar inkişafı: problemlər və perspektivlər mövzusunda" seminar-müzakirə keçirilib.
İnstitutdan verilən məlumata görə,TPİ-nin direktoru Qulu Novruzov təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasının, ümumi təhsilin keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
O, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasının önəmini qeyd edib.
Q. Novruzovun sözlərinə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur.
Seminarda TPİ-nin əlavə təhsilin kurikulumu şöbəsinin müdiri Afaq Əliyevanın "Pedaqoji kadrların peşəkar inkişafı: Problemlər və perspektivlər" mövzusunda təqdimat-məruzəsi dinlənilib.
Vəfa MƏMMƏDLİ