https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

AFFA FİFA prezidenti seçkisində kimi dəstəkləyəcək?

AFFA FİFA prezidenti seçkisində kimi dəstəkləyəcək?

AFFA fevralın 26-da keçiriləcək FİFA prezidenti seçkisində UEFA-nın hazırkı baş katibi Canni İnfantinonu dəstəkləyəcək.

Qol.Az-ın məlumatına görə, bu barədə milli assosiasiyanın yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, C.İnfantino UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır. Yanvarın 19-da o, seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən ibarətdir: İslahat və effektiv idarəetmə, Demokratiya və yardım, Futbolun inkişafı.

"Bu proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar ona öz dəstəklərini bildiriblər. AFFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edir" deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.