https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

"Böyüklərim dedi ki, "Qarabağ"da yox, xaricdə oyna"

"Böyüklərim dedi ki, "Qarabağ"da yox, xaricdə oyna"

"Xəzər Lənkəran”ın transferə çıxardığı hücumçu Elnur Cəfərovun “Qarabağ”a keçidi baş tutmayıb.

Gənc futbolçu Qol.Az-a açıqlamasında Ağdam klubundan imtina etməsinin səbəbini açıqlayıb:

“Təbii ki, “Qarabağ” elə komandadır ki, hər kəs orada oynamaq istəyər. Ancaq evdə böyüklərim məsləhət bildi ki, karyeramı ölkə xaricində davam etdirim. Buna görə də “Qarabağ”a keçidim alınmadı”.

Millimizin üzvü “Xəzər Lənkəran” haqda danışmaq istəmədiyini bildirib: 

“Ən uzağı iki həftə ərzində hansı kluba keçəcəyim bəlli olacaq. Bundan sonra ətraflı danışarıq”.

E.Cəfərov hələ ki, “Xəzər Lənkəran”dan transfer vərəqəsini almadığını deyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.