https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

“Formula-1”in ilk rəsmi elçiləri təqdim olundu

“Formula-1”in ilk rəsmi elçiləri təqdim olundu

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarını təmsil edəcək rəsmi elçiləri ictimaiyyətə təqdim edib.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Avropa Qran-prisinə 130 günün qaldığı ərəfədə əməkdar artist, bəstəkar və “Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçisi Tünzalə Ağayeva, “Formula-1” şərhçisi Rəhim Əliyev və “Formula-3” yarışlarında ölkəmizi təmsil edən gənc pilot Gülhüseyn Abdullayev yarışın ilk rəsmi elçiləri seçiliblər.

Rəsmi elçilər BŞH-nin Qran-pri ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə pərəstişkarları ilə yanaşı, ümumilikdə ictimaiyyət arasında yarışın təbliğinə çalışacaqlar.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai rəsmi elçilərin sayının artacağını vurğulayaraq deyib: “Bu gün Avropa Qran-prisinin təbliğində imkanlarını səfərbər edəcək rəsmi elçilərin ilk üçünün adını açıqlayırıq və onların sırasına tezliklə yenililərini əlavə edəcəyik. Azərbaycanlılarla yanaşı, xarici ulduzlar arasından seçilmiş elçilərimiz də olacaq. Onlar Avropa başda olmaqla “Formula-1” yarışına marağın olduğu hər yerdə bu yarış həvəskarlarına Avropa Qran-prisini tanıdacaqlar”.

Seçilən rəsmi elçilər Azərbaycanda ilk dəfə keçiriləcək “Formula-1” yarışı haqqında məlumatın daha geniş ictimaiyyətə çatıdırılmasında böyük potensiala sahibdirlər. Ötən il “Bakı-2015” ilk Avropa Oyunlarında uğurla iştirak etmiş könüllülər komandasının ulduz elçisi Tünzalə Ağayeva eyni ənənəni bu il də Avropa Qran-prisində davam etdirəcək.

Könüllüləri yüksək əhval-ruhiyyədə yarışa hazırlamağı qarşısına məqsəd qoyan Tünzalə Ağayeva yarışın rəsmi elçisi seçilməsi ilə bağlı deyib: “Bir daha mənə göstərilən etimad üçün çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Öz sənətimlə sizin yanınızda olmaqdan qürur duyuram və ümidvaram ki, növbəti parlaq tarixi də sizinlə bir yerdə yazacağıq”.

Avropa Qran-prisinin rəsmi elçisi adına layiq görülən Rəhim Əliyev 2010-cu ildən “İdman-Azərbaycan” kanalında efirə gedən və Azərbaycanda “Formula-1” haqqında yayımlanan yeganə verilişin şərhçisidir. O, eyni zamanda “Formula-1” haqqında Azərbaycan ictimaiyyətini məlumatlandıran məşhur www.f-1.az xəbər saytının təsisçisi və baş redaktorudur. Ölkədə “Formula-1” həvəskarlarını bir araya gətirən azarkeş klubunun da rəhbəridir.

Rəsmi elçi seçilən Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda “Formula-3” pilotudur. Gənc pilot ötən ayın sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Formula Gulf 1000” yarışında yaxşı nəticə göstərərək birinci yerin sahibi olmuşdu.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.