"Azərbaycanın rayon və şəhərlərində mədəniyyət evlərinə verilən dəstək, mədəniyyət evlərinin təmir olunması prosesi davam edir".
"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayon-şəhər mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində deyib.
O bildirib ki, hazırda rayonlarda 160 qəzalı mədəniyyət evi, 1187 təmirsiz, 649 təmirli mədəniyyət evləri və klub var:
"Azərbaycanda 90-dan çox klubun və mədəniyyət evinin binası yoxdur. Bu məsələlər diqqət mərkəzindədir".