Fevralın 12-dən 14-dək Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə Emin Məmmədovun “Yalnız sevgi” adlı fərdi fotosərgisi açılacaq.
Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 14 fevral – Sevgililər Gününə həsr edilən sərgidə gənc fotoqrafın 130 işi, o cümlədən 50 cütlüyün toy fotoları nümayiş olunacaq. Axşamın aparıcıları Nərgiz Cəlilova və Nəsib Nurdu.
Sərgi çərçivəsində “Aidem” Fashion Art Wedding Studio”dan gəlinlik paltarlarının, DJ Kənan və tarzən Azər Abbasovun ifasında Azərbaycan musiqisinin və müasir ritmlərin təqdimi isə tədbirə bayram əhval-ruhiyyəsi qatacaq.