https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

AZAL İdman Klubu ləğv olundu

AZAL İdman Klubu ləğv olundu

AZAL İdman Klubu ləğv olunub.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən AZAL İdman Klubuna ünvanlaya bilərlər.

Klub Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının bazası sayılırdı. Burada digər növlər üzrə bölmələr də fəaliyyət göstərirdi. AZAL fəaliyyətini 2014-cü ilin aprelində dayandırmışdı. Səbəb kimi klubda məşğul olan çoxlu sayda ağırlıqqaldıranın dopinq-testdən keçə bilməmələri göstərilmişdi. Klubun direktoru İsgəndər Əsgərov idi.

Qeyd edək ki, AZAL idman klubunun ləğvinə baxmayaraq, eyniadlı futbol klubu fəaliyyətini davam etdirir. Futbol komandası ev oyunlarını "AZAL Arena"da keçirir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.