https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

"UEFA “Qalatasaray”ı avrokuboklardan uzaqlaşdıra bilər"

"UEFA “Qalatasaray”ı avrokuboklardan uzaqlaşdıra bilər"
“Qalatasaray” UEFA tərəfindən cəzalanmaq təhlükəsi üzləşib".

Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu maliyyə “feyr-pley” tələblərini pozan “sarı-qırmızılılar”a avrokuboklardan 1 illik kənarlaşdırılmaqla bağlı cəza tətbiq edə bilər.
 
Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib.
 
O bildirib ki, klubun cəzalandırılarsa, bunun günahkarı sabiq rəhbərlikdi:
 
“Zərərin həcmi 164 milyon avroya bərabərdi.

UEFA-ya bizim idarə heyətinə şans verilməsinin vacib olduğunu söylədim. “Qalatasaray”ı 1 illik cəzalandıra bilər. Amma bu cəza haqsızdı. Bu günə qədər “Qalatasaray”a rəhbərlik edənlər bəzi şeyləri gözdən qaçırıblar”.
 
Özbək əlavə edib ki, fevralın 23-də UEFA nümayəndələri ilə onlar arasında görüş keçiriləcək:
 
“Görüşə futbol dünyasının yaxından tanıdığı vəkil Jan Lui Duponla gedəcəyik. “Qalatasaray”ın əvvəlki idarə heyətinin bəzi şeyləri bacarmadığını düşünürəm.

Tələbləri yerinə yetirə bilməsək, baş verənləri “Qalatasaray” camiəsi daşıya bilməz. Əlimizdə olanları satmaqla vəziyyətdən xilas olmağın tərəfdarı deyiləm. Bunu nə özümə, nə də azarkeşlərimizə yaraşdıraram”.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.