ABŞ-ın "Apple" korporasiyası iPhone smartfonunun və iPad planşetinin yeni modellərini martın 15-də təqdim etmək niyyətindədir. Yeni modellər satışa martın 18-dən etibarən buraxılacaq.
AZƏRTAC “TASS”a istinadən xəbər verir ki, söhbət ekranının diaqonalı 4 düymlük olan “iPhone 5se” və “iPad Air 3”dən gedir.
Çox güman ki, bu dəfə yeni məhsulların internet vasitəsilə ilkin sifarişi mümkün olmayacaq.