|
|
|
|
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri erməni lobbisinin ciddi təsiri altındadır.
Bunu dailykarabakh saytına açıqlamasında Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Akıncı deyib.
X.Akıncı bildirib ki, Rusya səmimi bir şəkildə Dağlıq Qarabağ probleminin həllinə dəsətk göstərməlidir:
"ATƏT-in Minsk qrupunun səyləri problemin həlli istiqamətində ilk gündən etibarən təsirsiz olub. Problemin həlli üçün Rusiya və Türkiyə kimi regional güclərin iştirakı lazımdır".
Onun sözlərinə görə, bununla yanaşı İranın da Dağlıq Qarabağ problemin həllinə ciddi dəstək verməsi lazımdır.
Diplomat vurğulayıb ki, Türkiyə problemin həlli üçün əlində gələn köməkliyi göstərir: "Torpaqları işğal edilən Azərbaycan, qaçqınları olan Azərbaycandır".
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.
Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.