E-Bay internet-hərracında qeyri-adi lot keçirilib.
Lent.az-ın aznews.az-a istinadən xəbər verir ki, Misir prezidenti Əbdül Fəttah əs-Sisini satmaq qərarına gəliblər.
Cəmi bir neçə saat ərzində Misir liderinin dəyəri 100 min dolları ötüb. “Məhsul”un təsvirində qeyd olunub ki, əs-Sisi feldmarşal, hərbçi keçmişi olan fəlsəfə doktorudur.
Bununla yanaşı, Misir prezidenti “əvvəlki sahibləri tərəfindən istifadə olunmuş” kimi xarakterizə olunub. Lakin “yaxşı vəziyyətdə” olduğu da vurğulanıb. Lakin e-Bay sözügedən yumoru dəyərləndirməyib. Elan silinib.
Qeyd edək ki, elan əs-Sisinin iqtisadi inkişaf planı barədə danışarkən “bacarsaydım özümü satardım” kimi açıqlamasından sonra internetə yerləşdirilib.