Azərbaycanda müşahidə edilən qeyri-sabit hava şəraiti martın 8-dək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabahdan etibarən ölkədə hava şəraitinin sabitləşəcəyi gözlənilir.
Əvvəldən xəbər verildiyi kimi, martın 6-dan etibarən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimal-qərb küləyi əsib. Yağışlar bəzi yerlərdə intensiv xarakterli olub. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enib.