https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024

Röya "Bizim Evin Qonaqları”nda

Röya "Bizim Evin Qonaqları”nda

Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbində "Bizim Evin Qonaqları” rubrikası çərçivəsində əməkdar artist, tanınmış estrada ulduzu Röya Ayxanla görüş keçirilib.

Tədbir öncəsi tanınmış müğənni media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb. Sonra “Ona nə var ki” mahnısının sədaları altında səhnəyə çıxan Röya fanatlarının sevgisi və alqışlarıyla qarşılanıb.

Çoxsaylı pərəstişkarının iştirak etdiyi görüşdə Nuranə Axundova aparıcılıq edib. Röya ən sevilən hitlərini səsləndirib, tamaşaçıların suallarını cavablandırıb.

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vaqif Gərayzadənin görüşdə iştirak etməsi yaddaqalan məqamlardan biri olub. Müəlliminin sənətinə verdiyi bu yüksək dəyər müğənnini duyğulandırıb.

Canlı ifası,səmimi söhbətləri ilə Roya Ayxanla görüş 2 saat davam edib. Sonda muğənni təşkilatçılara öz minnətdarlığını bildirib və tədbiri xalq artisti, bəstəkar Faiq Sücəddinovun “Vətən” mahnısıyla yekunlaşdırıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.