1776-cı il. ABŞ Konqresi ölkənin Britaniyadan müstəqilliyini elan edib.
Bununla bağlı Tomas Cefferson tərəfindən hazırlanmış İstiqlaliyyət Bəyannaməsi iyulun 4-də Filadelfiyada imzalanıb.
Bəyannamə 13 müstəmləkənin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini, yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq hüququnu elan edib.
1827-ci il. Nyu-Yorkda köləlik ləğv edilib.
1876-cı il. San-Fransiskoda dünyada ilk dəfə olaraq elektrotexniki avadanlıqlar sərgisi açılıb.
Elektrik işığı ilk dəfə bu sərgidə nümayiş etdirilib.