|
|
|
|
Avqustun 16-da YARAT Müasir İncəsənət Məkanında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, gənc rejissorlar Məhəmməd Nəsirli və Orxan Rüstəmlinin ekranlaşdırdığı üç qısametrajlı film nümayiş olunacaq.
AZƏRTAC YARAT Müasir İncəsənət Məkanının “Facebook” səhifəsinə istinadla bildirir ki, “Ümid”, “Həqiqət” və “Hədiyyə” adlı ekran əsərləri Azərbaycan dilində təqdim olunacaq.
Filmlərdə ailə məişət sıxıntıları, müharibə illərinin yaşatdığı problemlər və Qarabağ müharibəsi zamanı yaşananlar ön plana çəkilir.
Filmlərə baxış sərbəstdir.