Sentyabrın 7-də Bakıda Azərbaycan Gənclərinin Film Festivalı keçiriləcək.
AZƏRTAC festivalın “facebook”da yaradılan səhifəsinə istinadla bildirir ki, “Park cinema in Park Bulvar”da keçirilməsi nəzərdə tutulan festival çərçivəsində Azərbaycanın hər yerindən 13-22 yaşlı gənclərin qısametrajlı filmləri nümayiş olunacaq.
Festivalın sonunda isə mükafatlandırma mərasimi keçiriləcək.
Müsabiqəyə qatılmaq üçün filmlər https://goo.gl/forms/Us9xotdKQUZGV2iG3 elektron ünvanına göndərilməlidir.
Qeydiyyat avqustun 30-dək davam edəcək.