Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev Yunanıstanın energetika naziri Panos Skurletisin "Azərbaycan tərəfi iqtisadiyyatdakı durğunluq səbəbindən DESFA-nın özəlləşdirilməsindən imtina etmək istəyir" açıqlamasına münasibət bildirib.
"APA-Economics"in məlumatına görə, səfir qeyd edib ki, bu cür bəyanatlar qəbulolunmazdır və təəccüb doğurur:
"Bu açıqlama bizdə təəccüb doğurdu. Bu bəyanat qəbulolunmazdır.
Nazir Azərbaycana qarşı hörmətsizlik etməməli idi. İki dost ölkənin rəsmiləri özünü bu cür aparmamalıdır. Bəyanatın mahiyyətinə gəldikdə, səslənən fikirlər həqiqəti əks etdirmir. Azərbaycan, o cümlədən, SOCAR bir çox ölkələrə, məsələn, Rusiya, Türkiyə, İran, Gürcüstan, İsveçrə, Malta, Bolqarıstan, Çernoqoriya, Serbiya və sair ölkələrə iri investisiyalar yatırıb və etibarlı tərəfdaş olduğunu sübut edib".