2003-cü il. Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.
2006-cı il. Gəncə Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Gəncədə aeroport ilk dəfə 1948-ci ildə tikilib və 1951-ci ildə istifadəyə verilib. Aeroportun uçuş-eniş zolağı yalnız orta tipli və hərbi təyyarələri qəbul edə bilirdi.
Buna görə də aeroport 2006-cı ildə yenidən tikilib və həmin il ona beynəlxalq hava limanı statusu verilib.
Sovet dövründə qurulmuş bütün avadanlıq tamamilə yenilənib. Yeni uçuş-enmə zolağı ağır tipli təyyarələri qəbul etməyə imkan verir.
1984-cü il. Hindistanın məşhur siyasi xadimi, ölkənin yeganə qadın baş naziri İndira Qandi sui-qəsd nəticəsində qətlə yetirilib.
İ.Qandi Dehlidə Nazirlər Kabinetinin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılayarkən öz mühafizəçiləri tərəfindən öldürülüb.