Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, qərara əsasən Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki Ev-muzeyinin statusu müəyyənləşdirilib.
Qərara əsasən, Bəxtiyar Vahabzadənin Ev-Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Muzey büdcədən maliyyələşdirilən qurumlar bölməsinə daxil edilib.
Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 27-də Bəxtiyar Vahabzadənin Şəki şəhərində ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.