Noyabrın 17-də Ankarada - Türkiyə Milli Kitabxanasında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə şairin həyat və yaradıcılığını özündə əks etdirən, Azərbaycan Milli Kitabxanasının fondlarında qorunan kitablardan ibarət sərgi açılıb.
Sərgi çərçivəsində fotolar da nümayiş olunub. Tədbiri Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman açaraq İstanbul və Ankarada keçirilən yubiley tədbirlərindən danışıb, sonra Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un Baş katibi adından tədbir iştirakçılarını salamlayıb. Türkiyə Milli Kitabxanasına təşkilat adından hədiyyə təqdim olunub.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova şairin yaradıcılığından bəhs ediblər.
Əməkdar artist Mehriban Zəki şairin şeirlərini səsləndirib.
Sərgi maraqla qarşılanıb.