Noyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar tanınmış İran yazıçısı Mustafa Məsturu qəbul edib.
AYB-dən 525.az-a verilən məlumata görə, qəbulda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babulllaoğlu, AYB sədrinin müavini Nazim İbrahimov, gənc şərqşünas-tərcüməçi Ariz Tarverdiyev iştirak ediblər.
Qəbul zamanı bir çox mövzular, o cümlədən, "ədəbiyyat, din, mənəviyyat, cəmiyyət" kimi mövzular ətrafında söhbət aparılıb, eyni zamanda Azərbaycan-İran arasında ədəbi mübadilə işinin perspektiv imkanları müzakirə edilib.