Prezident İlham Əliyev müdafiə sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə Daşdiyev İmaməddin Əşrəf oğlu, İbadov Adəm Bəhlul oğlu və Kərimov Qəzənfər Nuruş oğluna “Əməkdar Mühəndis” fəxri adı verilib:
Dövlət başçısı müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb. Müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə:
Abdullayev Ələsgər Xəlil oğlu Babayev Əmrah Məcnun oğlu Babayeva Zibar Axəd qızı Əsədov Hüseynağa Əsədulla oğlu Əsədov Xasməmməd Əli oğlu İsmayılov Rafael İbad oğlu Qasımov Məzahir Fərman oğlu Qədirova Narıngül Məmmədağa qızı Qəniyev Tapdıq Yaqub oğlu Sadıqov Tofiq Asiman oğlu Yusifov Şahin İsa oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:
Bağırov Eldar Həsən oğlu Kərimli Şəfəq Xanlar qızı Kərimov İsmayıl İbrahim oğlu Qəniyev Elvin Qabil oğlu Nərimanov Niyazi Nəriman oğlu Şükürov Rəmzi Əbil oğlu Tahirov Rasim Firudinoviç