Gəncədə "NB Satınalma və Ticarət" MMC-yə məxsus süni mərmər və qranit istehsalı zavodunun təməlqoyma mərasimi olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, zavodun direktoru Aqil Həsənov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Elmar Vəliyev bildirib ki, Gəncədə sənaye obyektlərinin istifadəyə verilməsi artıq adi hala çevrilib.
Aqil Həsənov deyib ki, Qafqazda süni mərmər və qranit istehsal edən tək müəssisə olan zavod 2017-ci ilin noyabr ayında istehsala başlayacaq. Müəssisədə 400 nəfərdən çox işçi çalışacaq.