https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
search
19 May 2024
18 May 2024

"Kamran Azərbaycana niyə qayıtsın ki?"

"Kamran Azərbaycana niyə qayıtsın ki?"

"Kamran deməyib ki, atam üçün darıxdığıma görə Azərbaycana qayıdacam. Düzü, ata-oğul kimi bir-birimizə çox bağlıyıq. Məncə, eyni hisslər bütün normal ailələrdə yaşanır.  Hansı ağlı başında olan övlad valideyni və valideynlər övladını istəmir? Kamran bir neçə ay ölkə xaricində olduğundan mənim üçün darıxdığını dilə gətirib ki, onun söylədikləri başqa cür yozulub".

Qol.az-ın məlumatına görə, bu sözləri "Boavişta"nın qapıçısı Kamran Ağayevin atası Adil Ağayev "Futbol +"a  oğlunun Azərbaycana qayıdacağı iddialarına münasibət bildirərkən deyib.

O, müqaviləsi olduğu üçün oğlunun ən azı mövsümün sonuna kimi "Boavişta"nın şərəfini qoruyacağını söyləyib:

"Bununla bağlı heç kimdə şübhə olmasın. Portuqaliya klubunun baş məşqçisi onun xətrini çox istəyir, güvənir, daim əsas heyətdə oynadır. Belə olan halda Kamran niyə Azərbaycana qayıtsın ki? Heç mən də onun geri qayıtmasına razı olmaram. Qolkiper üçün yaşı çox da deyil. Orda özünü yaxşı tərəfdən göstərməyi bacarıb, daha iddialı klubların diqqətini cəlb edə bilər. Yazırlar ki, Kamran "Neftçi" ilə müqavilə bağlayacaq. Bu, doğru deyil axı. Çünki o uzun illər "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Bu iki klubun azarkeşlərinin bir-birinə münasibəti hamıya məlumdu. Sabah bir uğursuz qarşılaşma olsa, "Neftçi" fanatları istər-istəməz bu məqamı qabardıb, ona əlavə psixoloji problmemlər yaradacaqlar. Fikrim var, yanvardan sonra Kamranın yanına gedəm. Mən orda olsam, yəqin ki, darıxmayacaq, bütün fikrini futbola yönəldəcək. Bir ata kimi istəyirəm ki, onun səsi-sorağı Avropanın aparıcı klublarından gəlsin".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.